"Yaxşıca döyüldüm" - Rafael Fiziyev
Azərbaycanlı döyüşçü Rafael Fiziyev UFC 325 turnirində braziliyalı Maurisio Ruffiyə uduzduğu görüşdən sonra fikirərini bölüşüb.
Msport.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşım edib:
“Nə deyə bilərəm ki? Deyəcək bir söz yoxdur. Yaxşıca döyüldüm. Texniki nokaut. Nə etmək olar? Mən cəsarətimin çatdığı o həyatı yaşayıram. Bəli, mən buna cürət etdim. Mən döyüşçüyəm, geri qayıdacam. Yenə də davam edəcəm, özümü inkişaf etdirəcəm, çalışacam, irəli gedəcəm və hamını qələbələrimlə sevindirməyə çalışacam. Bunun öhdəsindən gələcəm. Dəstək olan hər kəsə təşəkkür edirəm. Hamınızı sevindirmək alınmadı…”
Xatırladaq ki, Fiziyev yüngül çəki dərəcəsində baş tutan və turnirin üçüncü ən vacib döyüşü hesab olunan qarşılaşmada ikinci raundda nokautla Maurisio Ruffiyə uduzub.







