Yeni güləş məktəbi istifadəyə verildi
İmişlidə yeni güləş məktəbi istifadəyə verilib.
Bu barədə Msport.az-a Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Güləş Federasiyasının (AGF) inventarla təmin etdiyi məktəbin açılış mərasimində AGF-nin İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev, sərbəst güləş üzrə millinin böyük məşqçisi Cəbrayıl Həsənov, AGF-nin Regionlar üzrə əlaqələndiricisi Elfaq Səfərov iştirak edib.
Qonaqlar ölkədə güləşin inkişafı üçün belə zalların açılmasının çox mühüm rol oynadığını qeyd ediblər və yeniyetmə idmançılara uğurlar arzulayıblar.
Qeyd edək ki, iki dəst güləş xalçası ilə təmin edilmiş idman mərkəzində güləş dərsləri keçmək üçün əlverişli şərait yaradılıb. Mərkəzin açıq havada idmanla məşğul olmaq üçün geniş ərazisi də var. Bu arenada məşqləri sərbəst güləş üzrə məşqçi-müəllim Qalib Şükürov keçəcək.