featured-image-81047

“Turan Tovuz” yeni tərəfdaşlıq müqaviləsi bağlayıb.

Msport.az xəbər verir ki, Tovuz təmsilçisi “PickEye Group” şirkəti ilə əməkdaşlığa başlayıb.

Yeni sponsorluq müqaviləsinin imzalanma mərasimində Gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev iştirak ediblər.

Qeyd edək ki, Tovuz təmsilçisinin Müşahidə Şurasının sədri Ehtiram Quliyevin sözlərinə görə, tərəflər arasında bağlanan müqavilənin dəyəri 2 milyon ABŞ dolları təşkil edir.

Bənzər xəbərlər