featured-image-54483

Azərbaycanın yeniyetmə boksçuları bu gün Belarusun Jabinka şəhərində start götürəcək beynəlxalq turnirdə mübarizə aparacaqlar.

Azərbaycan Boks Federasiyasından Msport.az-a verilən məlumata görə, 4 gün davam edəcək yarışda milli komandanın 8 idmançısı rinqə çıxacaq.

Baş məşqçi Vaqif Kazımov və məşqçi Teymur Məmmədov Jabinkada Ayxan Həsənov (48 kiloqram), Nihat Qasımov (50 kiloqram), İmran Axundov (52 kiloqram), Əflatun İsmiyev (54 kiloqram), Sübhan Babayev (57 kiloqram), Şahin Aslanov (60 kiloqram), Haqverdi Həsənov (63 kiloqram) və Səfdər Məmmədzadəyə (+80 kiloqram) şans verəcək.

Komanda Bakıya sentyabrın 21-də qayıdacaq.

Bənzər xəbərlər