Yığmalarımız Türkiyədə
16 və 18 yaşadək qadın basketbolçulardan ibarət Azərbaycan milliləri Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışına başlayıblar.
Msport.az-ın məlumatına görə, komandalara türkiyəli mütəxəssis Evren Alkaya rəhbərlik edir.
Basketbolçular gün ərzində iki dəfə olmaqla taktiki və fiziki məşqləri mütəmadi şəkildə davam etdirirlər.
Qeyd edək ki, hazırlıq prosesi martın 28-dək davam edəcək. Toplanış dönəmində bir neçə yoxlama görüşünün təşkili planlaşdırılır.