featured-image-51005

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün AVRO-2025-in seçmə mərhələsində sonuncu matçına çıxacaq.

Msoort.az xəbər verir ki, yığmamız B liqasının I qrupunun lideri İsveçrənin qonağı olacaq.

Sonuncu pillədə qərarlaşan komanda C liqasına düşməmək üçün mütləq qalib gəlməli və Türkiyənin büdrəməsini gözləməlidir.

Amma millimiz sonuncu olsa da, AVRO-2025-in pley-offuna yüksələ bilər. Bunun üçün bir xal və ya Maltanın öz qrupunda xal itirməsi kifayətdir.

Qeyd edək ki, millimiz dörd gün əvvəl evdə Macarıstana 0:5 hesabı ilə uduzub.

Avropa çempionatının seçmə mərhələsi

B liqası, I qrup
VI tur, 16 iyul
21:00. İsveçrə – Azərbaycan
Baş hakim: 
Miriama Boçkova (Slovakiya)
Olimpik De La Pontez stadionu

21:20. Macarıstan – Türkiyə

Bənzər xəbərlər