featured-image-36748

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

Msport.az xəbər verir ki, U-17-yə ümumilikdə 22 futbolçu çağırılıb.

Maraqlıdı ki, onlardan 10-u “Sabah”ın formasını geyinir. Komandamız sentyabrın 9-da və 12-də İstanbulda Türkiyənin U-17 seçməsi ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.

U-17-nin heyəti: Ayxan Əlizadə, Rəşad Alışov, Tuncay Əhmədov, Əkbər Məhərrəmov, İslam İsmayılzadə, Əmir Əliyev, Babamirzə Mehdiyev, Anar Hüseynov, Emin Feyzullayev, Ümid Səlimov (hamısı “Sabah”), Həbib Hüşənov, Səmid Əhmədov, Ömər Kərimov, Ziya Şəkərxanov (hamısı “Qəbələ”), Məhəmməd İmamaliyev, Röyal Fərzullazadə (hər ikisi “Neftçi”), Vüsal Paşayev, Nadir Orucov (hər ikisi “Sumqayıt”), Hikmət Cəbrayılzadə, Amid Qasımov (hər ikisi “Qarabağ”), Məsud Əlişanlı (EFA), Həsən Nəzərli (“Ankaragücü”, Türkiyə).

Bənzər xəbərlər