featured-image-36946

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Serbiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq Azərbaycan U-21 millisinin heyətində dəyişiklik olub.

Msport.az xəbər verir ki, məlumatı AFFA-nın rəsmi saytı yayıb.

“İğdırspor” klubunun üzvü Mustafa Yıldırım zədə səbəbindən heyətdən çıxarılıb.

Qeyd edək ki, Serbiya – Azərbaycan qarşılaşması sentyabrın 12-də, saat 22:00-da, Stara Pazova şəhərindəki Serbiya Futbol Federasiyasının İdman Mərkəzində keçiriləcək.

Bənzər xəbərlər