featured-image-51068

AVRO-2025-in seçmə mərhələsinin B liqasının I qrupunda sonuncu yeri tutan qadınlardan ibarət Azərbaycan millisi pley-offa yüksəlib.

Msport.az xəbər verir ki, bu mərhələdə iştirak edəcək komandaların tam siyahısı da bəllidir.

AVRO-2025-ə 7 vəsiqə üçün iki raundda mübarizə aparacaq komandalar artıq səbətlərə bölünüb. Azərbaycan millisi B liqası üzrə səpələnməmişlərdən biridir.

Siyasət Əsgərovun yetirmələrinin ilk raundda 6 mümkün rəqibi var. Bunlar Portuqaliya, Şotlandiya, Uels, Serbiya, Ukrayna və Şimali İrlandiya yığmalarıdır.

Pley-offun püşkü iyulun 19-da atılacaq. I mərhələnin matçları oktyabrın 23-də və 29-da keçiriləcək.

Pley-off, I mərhələ
A və C liqaları

Səpələnmişlər
Avstriya
Belçika
Çexiya
Finlandiya
Norveç
Polşa
İrlandiya
İsveç

Səpələnməmişlər
Albaniya
Belarus
Gürcüstan
Yunanıstan
Lüksemburq
Monteneqro
Rumıniya
Sloveniya

B liqası

Səpələnmişlər
Portuqaliya
Şotlandiya
Uels
Serbiya
Ukrayna
Şimali İrlandiya

Səpələnməmişlər
Türkiyə
Xorvatiya
Macarıstan
Bosniya və Herseqovina
Slovakiya
Azərbaycan

Qeyd edək ki, AVRO-2025-in final mərhələsi İsveçrədə baş tutacaq.

Bənzər xəbərlər