featured-image-14800

“Qarabağ” bu gün UEFA Avropa Liqasında “Olimpiakos”la növbəti oyuna çıxacaq. Yunanıstan mətbuatı bu qarşılaşmaya “qırmızı-ağlar”ın avrokuboklarda mübarizəni davam etdirməsi üçün son şans kimi baxır.

Msport.az Yunanıstanın əsas qəzetlərinin manşetini təqdim edir:

“Fosonline” qəzeti birinci səhifəyə hücumçu Pep Bielin şəklini çıxararaq “Sonuncu zər” başlığından istifadə edib.

“Kominos Protathlitis” qəzetində isə manşetə baş məşqçi Miçelin şahmat taxtası arxasındakı fotosu və yeni transfer qapıçı Aleksandros Paşxalakisin şəkli çıxarılıb. Yunanıstan mətbuatının yazdığına görə, PAOK-dan gəlmiş 33 yaşlı qolkiper bu gün “Qarabağ”la matçda debüt edə bilər. Qəzet həmçinin dünən mətbuat konfransında ispaniyalı mütəxəssisin səsləndirdiyi “sabahkı oyun həlledici ola bilər” fikrinə də əsas səhifədə yer ayırıb.

media-FosI

Bənzər xəbərlər