featured-image-54816

Azərbaycanın iki təmsilçisi Yunanıstanın Katerini şəhərində keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində medal qazanıb.

Bu barədə Msport.az-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında yarışda iştirak edən Ramiz Həsənov (80 kq) bürünc, İbrahim Yusubov (90 kq) qızıl mükafata sahib çıxıb.

Dünya Seriyasının sonuncu – final mərhələsi oktyabrın 12-13-də Xorvatiyanın Poreç şəhərində keçiriləcək.

Bənzər xəbərlər