Yusupov silahlı hücuma məruz qaldı
Rusiyalı MMA döyüşçüsü Zəlimxan Yusupova silahlı hücum olub.
Msport.az xəbər verir ki, insident Mahaçqalada baş verib.
Naməlum şəxslər döyüşçünü yaralayıblar. Hadisədən dərhal sonra Yusupov xəstəxanaya yerləşdirilib. İdmançının həyatı təhlükəsinin olmadığı bildirilir.
Qeyd edək ki, Yusupov peşəkar rinqdə 11 döyüş keçirib. O, bunların 6-da qalib gəlib, 5-də isə uduzub.