featured-image-82832

“Yuventus” “Arsenal” və “Barselona”nın keçmiş qapıçısı Netonu transfer edə bilər.

Msport.az xəbər verir ki, Neto uzun müddətə sıradan çıxan Kamil Qrabaranın əvəzinə heyətə cəlb olunacaq.

37 yaşlı braziliyalı özü də “Yuventus”a keçməyə hazırdır.

Braziliyalı əvvəllər 2015-ci ildən 2017-ci ilə qədər “Yuventus”da çıxış edib. İtaliya klubu yay transfer pəncərəsinin bağlanmasına baxmayaraq, Netonun azad agent olduğuna görə, onu transfer edə biləcək. O, karyerası ərzində “Atletiko Paranaense”, “Fiorentina”, “Valensiya”, “Barselona”, “Bornmut”, “Arsenal”, “Botafoqo” klublarının formasını geyinib.

Bənzər xəbərlər