featured-image-30347

Azərbaycan Premyer Liqasının 35-ci turunun “Turan Tovuz” – “Səbail” oyunu (2:2) maraqlı mübarizə şəraitində keçdi. Meydan sahibləri 2 top fərqlə önə keçsələr də, üstünlüklərini sonadək qoruyub saxlaya bilmədilər.

“Dənizçilər” 90+3-cü dəqiqədə Qoba Zakpanın vurduğu qolla məğlubiyyətdən qaçmağı bacardılar.

Msport.az xəbər verir ki, əsas hadisə də məhz elə bu qoldan sonra yaşandı. Qonaqların portuqaliyalı hücumçusu qol sevincini qeyd edərkən tərbiyəsiz hərəkətlə yadda qaldı. Yəqin ki, Tovuz publikası Zakpanın qoldan sonra nə etdiyini görmədi, yoxsa onun vəziyyəti heç yaxşı olmazdı.

“Səbail” elə bu gündən harınlamış, tərbiyəsiz futbolçusu ilə bağlı qərar verməlidir. Belə oyunçunu komandada saxlamaq olmaz!

Maraqlıdır, “Səbail”in cüt-cüt menecerləri, idman direktoru, Müşahidə Şurası, baş məşqçisi Şahin Diniyev bu Zakpaya arada həyatı başa salmırlar? Qoldan sonra nə etmək olar, necə sevinmək olar. Hər halda 30 yaşlı futbolçu bütün bunları yaxşı bilir. Sadəcə gəlib yaxşı maaş alır, ayda-ildə bir dəfə heyətə düşür və harınlayıb belə hərəkətlər edir.

AYXAN 

Bənzər xəbərlər