Zamiq Əliyevin komandası pley-offda
Azərbaycanlı futbolçu Zamiq Əliyev Albaniyanın “Eqnatiya” klubunda növbəti oyununa çıxıb.
Msport.az xəbər verir ki, 23 yaşlı müdafiəçi UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsində İrlandiyanın “Şemrok Rovers” klubu ilə cavab görüşündə iştirak edib.
O, 46-cı dəqiqədə İldi Qrudanı əvəzləyib, 71-ci dəqiqədə isə sarı vərəqə alıb.
Albaniya təmsilçisi ilk görüşdə 1:3 hesabı ilə uduzduğu rəqibinə bu dəfə 5:1 hesabı ilə qalib gələrək (iki oyunun nəticəsinə görə 6:4) pley-off mərhələsinə yüksəlib. Onlar bununla Konfans Liqasında isə Liqa mərhələsini təmin ediblər.
“Eqnatiya” pley-off mərhələsində Norveçin “Lillestrem” klubu ilə qarşılaşacaq







