Zədəsi sağaldı - Latviyaya qarşı oynaya biləcək
Millimizin və “Bursaspor”un futbolçusu Namik Ələskərovun durumuna aydınlıq gəlib.
Msport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə AFFA-dan kluba məlumat verilib.
Malta yığması ilə yoldaşlıq oyununu zədə səbəbindən buraxan 27 yaşlı yarımmüdafiəçinin vəziyyətinin yaxşı olduğu bildirilib. Ələskərov Latviya ilə görüşün iştirak ərizəsində yer alacaq.
Qeyd edək ki, martın 29-da Maltada keçiriləcək Azərbaycan – Latviya qarşılaşması Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Millimiz martın 25-də ilk yoldaşlıq görüşündə Maltaya 0:1 hesabı ilə uduzub.