“Zirə” 2 futbolçusunu Xorvatiyaya aparmadı
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçında “Hayduk”la qarşılaşacaq “Zirə” Xorvatiyaya yollanıb.
Msport.az xəbər verir ki, komandanın aparıcı futbolçularından olan Anje Mutsinzi səfər matçına aparılmayıb.
Ruandalı mərkəz müdafiəçisi sənəd probleminə görə bu görüşü buraxmalı olacaq. Xorvatiya səfirliyi futbolçuya viza verməyib. “Hayduk”la ilk görüşdə zədələnən Brahim Konate də səfərə aparılmayıb.
Qeyd edək ki, “Zirə” ilə “Hayduk” arasında Bakıda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. Komandalar arasında cavab matçı iyulun 31-də Splitdə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.