“Zirə” Bakıya sərfəli nəticə ilə qayıdır
“Zirə” UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.
Msport.az xəbər verir ki, “qartallar” səfərdə “Osiyek”lə (Xorvatiya) qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 38-ci dəqiqədə rəqib açsa da, “Zirə”nin heyətində Rafael Utziq əsas vaxta əlavə olunan 6-cı dəqiqədə penaltidən fərqlənməklə matçın yekun nəticəsini müəyyənləşdirib.
Komandalar arasında cavab oyunu bir həftə sonra Bakıda keçiriləcək.