"Zirə" də mərkəzi arenaya gəldi
Azərbaycan Premyer Liqasının XXVII turunda “Zirə” – “Kəpəz” oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Msport.az xəbər verir ki, Paytaxt təmsilçisi Zirə İdman Kompleksinin stadionunun qazonunda əsaslı təmir və yeniləmə işləri aparıldığı üçün PFL-ə müraciət edib.
Stadionun son durumunun fotoları və mütəxəssis rəyləri nəzərə alınaraq “Zirə” – “Kəpəz” matçının mərkəzi arenada təşkili qərara alınıb. Matç16 mart saat 16:00-da keçirələcək.
“Zirə” Azərbaycan Kubokunun yarımfinal oyunundan etibarən Zirə İK stadionuna qayıdacaq.