"Zirə"dən gözlənilməz məğlubiyyət - VİDEO
Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub.
Msport.az xəbər verir ki, sonuncu matçda “Zirə” “Araz-Naxçıvan”ı qəbul edib.
Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə bitib – 1:0. 89-cu dəqiqədə İqor Ribeyro fərqlənib.
Paytaxt klubu 49 xalla 4-cü, qonaqlar 35 xalla 8-ci pillədə qərarlaşıblar.
Qeyd edək ki, daha öncə “Neftçi” “Turan Tovuz”u (3:0), “Sabah” “Səbail”i (2:0), “Kəpəz” “Qəbələ”ni (1:0), “Sumqayıt” “Qarabağ”ı (1:0) məğlub edib.