featured-image-46097

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin daha bir oyunu keçirilib.

Msport.az-ın məlumatına görə, “Zirə” və “Qəbələ” komandaları ilk matçlarını birincilərin evində keçiriblər.

Qarşılaşmanın birinci hissəsində qapılara qol vurulmayıb. Hesabı 51-ci dəqiqədə bakılıların qvineyalı hücumçusu Salifu Suma açıb. 15 dəqiqə sonra “Zirə”nin braziliyalı yarımmüdafiəçisi Rafael Utziq sabiq komandasını cəzalandırıb.

Kubokun son qalibi “Qəbələ” 90-cı dəqiqədə fərqi minimuma endirib. Feras Abu Akal cavab matçı ərəfəsində komandasının finala vəsiqə ümidini davam etdirib. Görüş “Zirə”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər cütdə ötən gün “Qarabağ” “Neftçi”ni səfərdə 4:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, mərhələnin cavab matçları aprelin 24-də keçiriləcək.

Bənzər xəbərlər