featured-image-70832

Azərbaycan Premyer Liqasında 8-ci turun oyunları davam edir. Msport.az xəbər verir ki, “Sabah” Masazırda “Zirə” ilə üz-üzə gəlib.

Oyun meydan sahiblərinin 3:0 hesablı qələbə ilə yekunlaşıb. Bu, “Zirə”nin cari mövsümdə ilk məğlubiyyəti olub.

Günün və turun son matçında isə “Neftçi” “Araz-Naxçıvan”ı qəbul edib.  Oyun 2:2 hesabı ilə başa çatıb. Bu, “Neftçi”nin hazırkı mövsümdə 6-cı heç-heçəsi olub.

19 oktyabr (bazar) 

16:00.“Sabah” – “Zirə” – 3:0 

Qol: Aron Maluda, 42, Velko Simiç, 45+2, 76
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev
VAR: Rauf Cabarov
AVAR: Eyyub İbrahimov
“Bank Respublika Arena”,

19 oktyabr (bazar) 

18:30. “Neftçi” – “Araz-Naxçıvan” – 2:2 

Qol: Vasala Sambu, 19 (1:0), Ba-Muaka Simakala, 36 (1:1), 47 (1:2), Emin Mahmudov, 55 (2:2)

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Nicat İsmayıllı
AVAR: Asiman Əzizli
“Palms Sports Arena”

17 oktyabr (cümə)

“Şamaxı” – “Kəpəz” – 1:4

“Turan Tovuz” – “Qarabağ” – 1:2

18 oktyabr (şənbə)

“Sumqayıt” – “Karvan-Yevlax” – 4:1

“İmişli” – “Qəbələ” – 2:2

Bənzər xəbərlər