featured-image-45176

Azərbaycan Premyer Liqasında XXVII tur davam edir.

Msport.az-ın məlumatına görə, günün ilk oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.

“Zirə” bu arenada bölgə təmsilçisi “Kəpəz”i qəbul edib. Qəsəbə komandası ikinci hissədə vurduğu qollarla qələbə qazanıb. 60-cı dəqiqədə Salifu Suma hesabı açıb. 17 dəqiqə sonra Qismət Alıyev penalti zərbəsini dəqiq yerinə yetirib. Gəncəlilərin gücü Martins Juniorun 90+4-cü dəqiqədə vurduğu təsəlli qoluna çatıb.

Beləliklə, rəqibini 2:1 hesabı ilə məğlub edən “Zirə” xallarının sayını 39-a yüksəldib. “Kəpəz” isə 27 xalda qalıb.

Qeyd edək ki, ötən gün “Neftçi” “Səbail”i 3:0 hesabı ilə məğlub edib. Turun “Araz-Naxçıvan” – “Qəbələ” oyunu bu gün, “Turan Tovuz” – “Qarabağ” və “Sumqayıt” – “Sabah” görüşləri martın 17-də keçiriləcək.

Bənzər xəbərlər