“Zirə” mövsümə qələbə ilə başladı
Azərbaycan Premyer Liqasında ilk turun oyunları davam edir.
Msport az xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar başa çatıb.
Günün ilk matçında “Sumqayıt” “Neftçi” ilə üz-üzə gəlib. Görüş “ağ-qaralar”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Digər qarşılaşmada isə “Zirə” “Şəfa”nı 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, tura sabah keçiriləcək “Qarabağ” – “Şamaxı” matçı ilə yekun vurulacaq.
16 avqust
Misli Premyer Liqası, 1-ci tur
21:00. “Zirə” – “Şəfa” – 2:0
Qol: Eren Aydın, 41, İssa Cibrila, 52
Hakimlər: Elvin Bayramov, Kamran Bayramov, Rahil Ramazanov, Vüqar Həsənli
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Zirə İdman Kompleksinin stadionu
19:00. “Sumqayıt” – “Neftçi” – 1:3
Qollar: Breno Almeyda, 23 (0:1), Lyubomir Tupta, 31 (0:2), Breno Almeyda, 55 (0:3), Orucov, 67 (1:3)
Qırmızı vərəqə: Səbuhi Abdullazadə, 74 (“Sumqayıt”)
Hakimlər: Kamal Umudlu, Namik Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Pərvin Talıbov
“SOCAR Polymer Arena”
17 avqust
19:30. “Qarabağ” – “Şamaxı”
Turun digər nəticələri
“Turan Tovuz” – “Qəbələ” – 1:0
“Araz-Naxçıvan” – “İmişli” – 0:0
“Sabah” – “Kəpəz” – 2:0







