featured-image-52769

Azərbaycan Premyer Liqasının III turunun daha bir oyunu təxirə salınıb.

Msport.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Bu, ölkəmizi Konfrans Liqasının pley-off mərhələsində təmsil edəcək “Zirə”nin quruma rəsmi müraciəti əsasında gerçəkləşib. Klub turnirin pley-off mərhələsinə daha yaxşı hazırlaşmaq məqsədi ilə Azərbaycan Premyer Liqasının III turu çərçivəsində keçiriləcək “Araz Naxçıvan” ilə oyunun təxirə salınmasını, “Şamaxı” ilə IV tur çərçivəsində keçiriləcək səfər oyununun isə XII turda keçiriləcək ev matçı ilə yerinin dəyişdirilməsini xahiş edib.

Azərbaycan futbolunun ümumi mənafeyini nəzərə alan PFL “Zirə”nin müraciəti, “Araz Naxçıvan” və “Şamaxı”nın razılığı əsasında 2024/25-ci illər futbol mövsümünün Əsasnaməsinin 6-cı maddəsinin 2-ci bəndini rəhbər tutaraq dəyişikliklər barədə qərar qəbul edib.

III turun “Zirə” – “Araz Naxçıvan” qarşılaşması təxirə salınıb. Komandaların əvəzedici heyətləri arasında baş tutacaq matç əvvəlcədən planlaşdırıldığı kimi oynanılacaq. Təxirə salınmış görüşlə bağlı qərar sonra veriləcək.

IV turun “Şamaxı” – “Zirə” və XII turun “Zirə” – Şamaxı” matçlarının yerləri dəyişdirilib. Komandaların əvəzediciləri arasında keçirilən oyun əvvəlcədən nəzərdə tutulduğu kimi keçiriləcək.

Bənzər xəbərlər