featured-image-51189

“Zirə”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Dunayska Ştreda” ilə keçirəcəyi cavab matçının təyinatları bəlli olub.

Msport.az xəbər verir ki, Slovakiyada keçiriləcək görüşə Şimali Makedoniyadan olan ədalət təmsilçiləri təyinat alıblar.

Avqustun 1-də baş tutacaq görüşü Yovan Kaçevski icarə edəcək. Onun köməkçiləri Slaqjan Markoski və Branko Putilin olacaqlar. Dördüncü hakim funksiyasını qadın ədalət təmsilçisi İvana Projkovska yerinə yetirəcək.

Qeyd edək ki, “DAC Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Bənzər xəbərlər