featured-image-51385

“Zirə”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində rəqibi olan Slovakiyanın “Dunayska Ştreda” komandası Bakıda dəstəksiz qalmayacaq.

Msport.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Xisko Munyos açıqlama verib.

43 yaşlı ispaniyalı çalışdırıcı ölkəmizə gələcək fanatların sayını da açıqlayıb: “Azarkeşlərimizə bizimlə səyahət edə biləcəklərini təklif etmişik. Hazırda qeydiyyatdan 30 fanatımız keçib”.

Qeyd edək ki, “Zirə” ilə “Dunayska Ştreda” arasında ilk oyun iyulun 25-də Bakıda, cavab qarşılaşması 1 həftə sonra Slovakiyada olacaq.

Bənzər xəbərlər