featured-image-49585

Avropa Liqasında 2024/2025 mövsümünün I təsnifat mərhələsinin püşkü atılıb.

Msport.az xəbər verir ki, UEFA-nın İsveçrədəki mənzil-qərargahında keçirilən tədbirdə “Zirə”nin də ilk rəqibi bəlli olub. Premyer Liqanın gümüş mükafatçısı bu raundda Moldova “Şerif”inə rəqib olub.

“Zirə” ilk matçını iyulun 11-də səfərdə, cavab oyununu isə 18-də Bakıda keçirəcək.

Qeyd edək ki, avrokubokların II təsnifat mərhələsinin püşkü sabah atılacaq. “Qarabağ”ın Çempionlar Liqasında, “Sabah”la “Sumqayıt”ın Konfrans Liqasındakı ilk rəqibləri, həmçinin “Zirə”nin növbəti raundda qarşılaşa biləcəyi komanda bəlli olacaq.

Bənzər xəbərlər