featured-image-50637

“Zirə”nin Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan “Şerif”də daha bir ayrılıq yaşanıb.

Msport.az xəbər verir ki, braziliyalı müdafiəçi Rodriqo dos Santos de Freytas Moldova klubunu tərk edib.

26 yaşlı futbolçunun yeni klubu da bəllidir. O, Portuqaliyanın II Divizion təmsilçisi “Mafra”ya keçib. Futbolçunun keçidini sözügedən klubun rəsmi saytı açıqlayıb.

Xatırladaq ki, 26 yaşlı de Freitas qışda Braziliyanın “Şapekoense” klubundan Tiraspol təmsilçisinə keçib. O, keçən mövsüm “Şerif”in heyətində 10 oyun keçirərək qol hesabını açmayıb.

Bənzər xəbərlər