featured-image-49870

Avropa Liqasının I təsnifat mərhələsində “Zirə”nin Moldova “Şerif”i ilə oyunlarının başlama saatı açıqlanıb.

Msport.az xəbər verir ki, iyulun 11-də “Şerif” İdman Kompleksinin əsas arenasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Cavab qarşılaşması isə bir həftə sonra “Liv Bona Dea Arena”da baş tutacaq. Matç saat 20:00-da başlayacaq.

Qeyd edək ki, bu mərhələni adlayacaq komanda II təsnifat mərhələsində “Elfsborq” (İsveç) – “Pafos” (Kipr) cütünün qalibi ilə görüşəcək.

Bənzər xəbərlər