featured-image-79699

“Zirə” heyətini braziliyalı futbolçu ilə gücləndirə bilər.

Msport.az xəbər verir ki, qəsəbə təmsilçisi Gilyerme Neyva ilə maraqlanır.

25 yaşlı hücumçu Portuqaliyanın “AVS Sad” klubunun üzvüdür. Klubla müqaviləsi 2027-ci il iyunun 30-a qədər olan Neyvanın “Zirə”yə keçəcəyi gözlənilir.

O, başa çatan mövsümdə 24 matça çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Gilyerme “Akademika Koimbra”, “Taypas”, “Vianense”, “Sandinenses”, “Oliv. Hospital”(hamısı Portuqaliya) klublarında oynayıb. Sportal.az

Bənzər xəbərlər