"Zirə" sadə vəziyyətdə qapımıza yol tapdı" - Baş məşqçi
“Rəqib sadə vəziyyətdə qapımıza yol tapdı”.
Msport.az xəbər verir ki, bunu “Şerif”in baş məşqçisi Yuri Qura UEFA Avropa Liqasının I təsnifat mərhələsində Moldovada “Zirə”yə 0:1 hesabı ilə uduzduqları ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssis məğlubiyyətin acı olduğunu söyləyib: “Qol vurmalı olsaq da, bunu bacarmadıq. Görüş ərzində hücumlar qurduq, amma şanslarımızdan yararlana bilmədik. Rəqib komanda sadə bir vəziyyətdə qapımıza yol tapdı. Müdafiədə yol verdiyimiz səhvdən David Volkov ustalıqla istifadə etdi”.
Qeyd edək ki, “Zirə” və “Şerif arasında cavab oyunu iyulun 18-də Bakıda keçiriləcək.