featured-image-52447

Azərbaycan Premyer Liqasında II turun görüşlərinə yekun vurulub.

Msport.az xəbər verir ki, turun son matçında “Sabah” “Zirə”ni qəbul edib.

“Bank Respublika Arena”da reallaşan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada hesabı 50-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Rafael Utziq açıb. 2 dəqiqə sonra meydan sahiblərini növbəti dəfə mərkəzə dəvət edən Salifu Suma yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Qarabağ” “Kəpəz”ə 3:0, “Araz Naxçıvan” isə “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəlib. “Səbail” – “Neftçi” görüşü isə heç-heçə ilə yekunlaşıb – 1:1.

Ardıcıl ilk iki turda hərəyə 2 qələbə qazanan “Qarabağ” və “Zirə” birinci-ikinci pillələri bölüşür. 4 xala malik “Turan Tovuz” üçüncü, 3 xalı olan digər kollektivlər – “Sumqayıt”la “Araz Naxçıvan” dörd və beşinci sıralarda qərarlaşıb. Mövsümə iki heç-heçə ilə başlayan “Neftçi” altıncı, 1 xalı olan “Sabah”, “Şamaxı” və “Səbail” müvafiq olaraq yeddinci, səkkizinci və doqquzuncu, 0 xalla sonuncu yeri isə “Kəpəz” tutur.

Bənzər xəbərlər