featured-image-79673

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün növbəti yoxlama oyununu keçirəcək.

Msport.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv yerli “Iğdır” komandası ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, “Zirə” qonşu ölkədəki ilk matçında Özbəkistan təmsilçisi “Navbahor”a 1:3 hesabı ilə uduzub. “Qartallar” Bakıda keçirdiyi qarşılaşmada “Qarabağ”a 3:4 hesabı ilə məğlub olub.

Bənzər xəbərlər