featured-image-81485

“Qarabağ”dan ayrılan Abdullah Zubir Ağdam klubu ilə vidalaşıb.

Msport.az xəbər verir ki, 34 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edib:

“8 ildən sonra mənim üçün yeni mərhələyə başlamağın vaxtıdır.

Bütün kluba, komanda yoldaşlarıma, məşqçilər heyətinə və xüsusilə mənim üzərimdə çox böyük rolu olan baş məşqçimə təşəkkür etmək istəyirəm. Mənə göstərdiyi etimada və öyrətdiyi hər şeyə görə ona təşəkkür edirəm.

Ən əsası, bütün azarkeşlərə və bütün ölkəyə mənə göstərdikləri inanılmaz sevgiyə görə təşəkkür edirəm. Dəstəyiniz, ehtirasınız və sevginiz bütün bu illər ərzində mənimlə olub”.

Qeyd edək ki, Zubir karyerasını Qətərin “Əl-Şahaniya” klubunda davam etdirəcək. O, 2018-ci ildən “Qarabağ”da oynayırdı.

Bənzər xəbərlər