featured-image-70826

“Qarabağ”ın fransalı legioneri Abdella Zubir Azərbaycan Premyer Liqasında 50-ci qolunu vurub. Msport.az xəbər verir ki, bu, 8-ci  turda “Turan Tovuz”la oyunda (2:1) baş verib.

Zubir 193-cü oyununda 50-ci qolunu vura bilib. O, bütün qollarını Ağdam klubunun heyətində vurub.

34 yaşlı futbolçu ümumilikdə “Qarabağ”ın heyətində 72 dəfə fərlənib. O, Mahir Emrelini (71 qol) keçərək, klubun tarixində 2-ci ən yaxşı  bombardir olub. “Qarabağ”ın ən sərrast futbolçusu isə 151 qolla Müşfiq Hüseynovdur.

 

Bənzər xəbərlər