featured-image-14083

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Msport.az xəbər verir ki, müzakirələrdən sonra I Divizionun V turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Qəbələ” – “Zirə” oyununda “Zirə”nin nümayəndəsi 15 dəqiqə gecikdiyi üçün “Zirə” klubu 80 manat cərimə olunub. Polis nümayəndəsi 15 dəqiqə gecikdiyi üçün “Qəbələ” klubu 40 manat cərimə olunub.

“Neftçi” – “Zaqatala” oyununda topdaşıyan uşaqlar oyun zamanı topla hərəkət etdiyi üçün “Neftçi” klubu 80 manat cərimə olunub.

MOİK – “Kəpəz” oyununda MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunub. “Kəpəz”in futbolçusu Həsənov Mahir qeyri-idman hərəkətinə görə bir oyunda ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. “Kəpəz”in məşqçisi Orxan Verdiyev hakimlərə qarşı təhqiredici sözlər işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub.

“Səbail” – “Qarabağ” oyununda “Qarabağ”ın futbolçusu Ruslan Bayramov rəqibi aşkar qol vurmaqdan məhrum etməsinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Bu oyunda top və xərək daşıyan şəxslər komandaların paltardəyişmə otaqlarının yanında gəzdiyi, tuneldən istifadə edərək Zona-1 tələblərini pozduğu üçün “Səbail” klubu 80 manat cərimə olunub. Hakimlər otağında 3 məşqçisinin oturmasına, yalnız hakimlərin gəlişindən sonra çıxmasına görə hakimlər otağının təmizlənməsini bir neçə dəqiqə gözlədiyi üçün “Səbail” klubu 80 manat cərimə olunub.

Bənzər xəbərlər