19 yaşlı futbolçuya Premyer Liqa nəhənglərinin marağı
Bir neçə aparıcı Avropa klubu “Fulhem”in 19 yaşlı futbolçusu Coş Kinq ilə maraqlanır.
Msport.az xəbər verir ki, “Liverpul”, “Arsenal” və “Mançester Siti” gənc oyunçunu izləyir.
“Borussiya Dortmund” da futbolçuya maraq göstərir. “Fulhem” mövsümə pis başlasa da, Kinq yaxşı oyun sərgiləyir və dörd matçda iki qol vurub.
Yarımmüdafiəçinin London klubu ilə müqaviləsi 2029-cu ilə qədərdir. Lakin “Fulhem” hazırda ən perspektivli oyunçularından birini satmaq üçün təklifləri nəzərdən keçirmək niyyətində deyil.
Potensial alıcı “Fulhem”in təxminən 50 milyon funt sterlinqlik transfer rekorduna uyğun ödəniş təklif etməli olacaq. Londonlular daha əvvəl Aleksandar Mitroviçi Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna təxminən eyni məbləğə satıblar.







