21-ci turda cəza səbəbindən oynamayacaq futbolçular - Siyahı
Azərbaycan Premyer Liqasınnı 21-ci turunda cəza səbindən 6 futbolçu meydana çıxa bilməyəcək.
Msport.az xəbər verir ki, “Zirə” ilə səfərdə qarşılaşacaq “Qəbələ”nin işi daha şətindir. Elmar Baxşıyev müdafiənin mərkəzində kimi oynadacağına dair baş sındırır.
Ruan Renato ötən tur “Sabah”la matçda (0:3) qırmızı vərəqə alaraq, cəzalı duruma düşüb. Onunla yanaşı, digər mərkəz müdafiəəçisi Murad Musayev də komandasına kömək edə bilməyəcək. 28 yaşlı oyunçu “Sabah”la görüşdə mövsümdə 4-cü sarı vərəqəsini alıb.
“Zirə”də isə Donald Gerye “Qəbələ”yə qarşı oynaya bilməyəcək. Haitili müdafiəçi “Neftçi” ilə qarşılaşmada (0:1) qırmızı vərəqə ilə cəzalandı.
“Kəpəz”in baş məşqçsi Tərlan Əhmədov “Qarabağ”la ev oyununda Zamiq Əliyevin xidmətlərindən yararlana bilməyəcək. 21 yaşlı futbolçu “Səbail”lə matçda (0:1) mövsümdə 4-cü sarə vərəqəsini alıb.
“Səbail” “Sabah”la səfər qarşılaşmasında Maksim Çexin xidmətlərindən yararlana bilməyəcək. Ukraynalı legioner ötən tur 4-cü dəfə sarə vərəqə görüb.
21-ci turda “Şamaxı” ilə vacib səfər oyununa çıxacaq “Turan Tovuz”un heyətində Natan Oduva olmayacaq. İngiltərəli hücumçu “Sumqayıt”la görüşdə (1:2) mövsümdə 4-cü sarı vərəqəni gördü.
AYXAN







