featured-image-42352

Azərbaycanın 27 güləşçisi 12-19 fevralda Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempinatında iştirak edəcək.

Msport.az Dünya Güləş Birliyinə (UWW) istinadən xəbər verir ki, üç yığma ilkin siyahını təqdim edib.

Sərbəst güləş: Əliabbas Rzazadə (57 kq), Nurəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Cəbrail Qadjiev (74 kq), Orxan Abasov (79 kq), Arsen Coyev (86 kq), Osman Nurməhəmmədov (92 kq), Vahit Qalayev (97 kq), Georgi Meşvildişvili (125 kq).

Yunan-Roma güləşi: Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq), Beka Kandelaki (130 kq).

Qadın güləşi: Mariya Stadnik (50 kq), Elnurə Məmmədova (53 kq), Gültəkin Şirinova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Birgül Soltanova (62 kq), Elis Manolova (68 kq).

Bənzər xəbərlər