“90 dəqiqə belə oynamaq olmaz” – Vüqar Əsgərli
“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Misli Premyer Liqasının 3-cü turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Msport.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Azarkeşlərə təşəkkür edirik. Üç oyundur əzmkarlıq göstərirdik. Amma iki oyunu uduzmuşduq. Rəqibi yaxşı analiz etmişdik. Cərimə meydançasında yaxşı çoxala bilirdik. Amma tələsirdik. Vaxt lazımdır. Fuad Bayramov səhv etdi. Amma danışdıq, oynasın. Futbolçular səhv edə-edə inkişaf edirlər.
Biz hazırlıq vaxtı demişdik ki, ilk 20-25 dəqiqə rəqibi təzyiqdə saxlayaq. 90 dəqiqə belə oynamaq olmaz. Sadəcə, bir az tələskənlik var idi. Oyundan oyuna artırmaq istəyirik. İnkişaf etmək istəyirik”.








