Paytaxt klubunun “Arsenal”ın gündəmindəki 4 futbolçu
“Arsenal” qış transfer pəncərəsində cinah hücumçusu ilə heyətini gücləndirmək istəyir.
Msport.az xəbər verir ki, London klubunun əsas seçimi “Bornmut”da çıxış edən 20 yaşlı Eli Krupidir.
Lakin “Bornmut”un fransalı futbolçunu gələn yaydan əvvəl satmağa razılıq verməsi az ehtimal olunur. “Arsenal” alternativ variantları da nəzərdən keçirir. Siyahıda Madrid “Atletiko”sundan Aleks Baena, “Real”dan Endrik və “Leypsiq”dən Antonio Nusa yer alıb.
London klubunun yeni transferləri böyük ehtimalla futbolçu satışlarından asılı olacaq. Bu səbəbdən Martin Subimendi komandanı tərk edə bilər. İspaniyalı yarımmüdafiəçi ilə “Real”, “Atletiko” və “Çelsi” maraqlanır.







