featured-image-82658

“Boloniya” baş məşqçi Domeniko Tedeskonu istefaya göndərmək qərarına gəlib.

Msport.az xəbər verir ki, klub rəhbərliyinin bir neçə günlük müzakirəsindən sonra iyundan komandada çalışan 41 yaşlı italyan mütəxəssislə yolları ayırmaq barədə qərar qəbul olunub.

Klub rəhbərliyi hazırda Raffaele Palladino ilə danışıqlar aparır. İtaliyalı mütəxəssisin təyinatı yaxın günlərdə gerçəkləşəcək və onunla 2028-ci ilin iyununa qədər müqavilə imzalanacaq.

Qeyd edək ki, Tedeskonun rəhbərliyi altında 4 matç keçirən “Boloniya” 1 heç-heçə edib və 3 məğlubiyyət alıb. Almaniyalı mütəxəssis əvvəllər Almaniyanın “Şalke”, “Leyptsiq”, Türkiyənin “Fənərbağça” komandalarına və Belçika millisinə başçılıq edib.

Bənzər xəbərlər