Abdullazadənin komandası darmadağın oldu
İsrail çempionatında 4-cü turun oyunları keçirilir.
Msport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rüfət Abdullazadənin formasını geyindiyi “Kiryat Şimona” öz meydanında Hayfa “Makkabi”sini qəbul edib.
Qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Abdullazadə matça start heyətində başlayıb və 69-cu dəqiqədə Nadav Markoviçlə əvəzlənib.
Bu nəticədən sonra Rüfətin komandası turnir cədvəlində 3 xalla 11-ci pillədə qərarlaşıb.







