Abramoviç Londondan Bakıya suşi sifariş edib - 41 200 funta!
“Çelsi”nin sahibi Roman Abramoviç Londondan Bakıya suşi gətirtmək üçün 40 min funt-sterlinq xərcləyib.
Msport.az xəbər verir ki, bu barədə “The Scottish Sun” nəşri məlumat yayıb. Hadisə 2000-ci illərin əvvələrində baş verib. Həmin vaxt Bakıda olan rusiyalı iş adamının suşi istəyi o qədər çox olub ki, o, Londondakı sevdiyi yapon restoranlarının birindən Azərbaycan paytaxtına gətirilməsi üçün köməkçisi vasitəsi ilə suşi sifariş verib. Londonla Bakı arasında 2 min 500 mil məsafə yoldur və şəhərlər arasında uçuş müddəti 5 saat 30 dəqiqə təşkil edir.
Nəşr yazıb ki, Abramoviçin sifariş verdiyi suşinin qiyməti 1200 funt təşkil edib. Lakin əsas xərc təyyarəyə gedib. Suşinin Londondan Bakıya gətirilməsi üçün isə xüsusi təyyarəyə 40 min funt ödənilib.