featured-image-21838

“Oyuna inamlı başlayıb, istədiyimiz qələbəni qazandıq”.

Bunu Msport.az saytına açıqlamasında “Sumqayıt”ın yeni transferi Kərim Abubakar evdə “Turan Tovuz”a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XX tur oyunu barədə danışarkən deyib.

Qanalı hücumçu bildirib ki, XIX turda “Zirə”yə məğlubiyyətdən sonra bu qalibiyyət onlar üçün çox vacib idi: “Turan Tovuz”la oyunda komanda olaraq çox yaxşı çıxış etdik. Qələbə qazanaraq turnir cədvəlində bir qədər də irəlilədik”.

Azarkeşlər haqqında da danışan 28 yaşlı forvard onların möhtəşəm olduğunu söyləyib: “Qələbə qazandığımız üçün xoşbəxtik, ardını gətirməyə çalışacağıq”.

Afrikalı oyunçu “gənclik şəhəri” təmsilçisində qol hesabını açmasına da toxunub: “Qol vurub bu qələbədə pay sahibi olduğum üçün şadam”.

Bənzər xəbərlər