featured-image-63042

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Msport.az xəbər verir ki, iclasda II Liqanın XVII turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.

“Şəki Siti” – “Göygöl” oyununun 30-cu dəqiqəsində ev sahibi komandanın futbolçusu Tural Məmmədzadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klubu 300 manat cərimə edilib. Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtda gəlmədiyi və matç gec başladığı üçün Şəki klubu daha 100 manat cərimə edilib.

“Kür-Araz” – “Dinamo” oyununun 40-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Museyib Vəlizadə ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra, eyni zamanda fasilədə hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klubu 300 manat cərimə edilib.

Bənzər xəbərlər