AFFA-dan beş oyunluq cəza
MOİK klubunun məşqçisi Musa Rəhimovu 5 oyunluq cəzalandırılıb.
Msport.az AFFA-nın mətbuat xidmətinə istinadən məlumatına görə, bu barədə İntizam Komitəsinin növbəti iclasında qərar qəbul olunub.
Futbolçu I Liqanın III turunda keçirilən MOİK – “Difai” matçının (2:2) 72-ci dəqiqəsində hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün cəzalandırılıb.
MOİK komandası isə buna görə 400 manat cərimələnib.