featured-image-23959

AFFA AZAL-ın sabiq məşqçisi Gəray Qarayevə təqaüd təyin edə bilər.

Bu barədə Msport.az-a müsahibəsində mütəxəssis özü məlumat verib.

O, müvafiq sənədləri milli assosiasiyaya göndərdiyini bildirib: “AFFA Veteranlar ittifaqının sədr müavini Rüstəm Rəhimovla əlaqə saxladım. Söz verdi ki, mənə təqaüd təyin olunacaq. Sənədləri Firuz Abdullaya vermişəm. Mənə deyib ki, AFFA-nın növbəti Konfransında bu məsələyə baxılmalıdır. AFFA-da bu iki şəxsdən başqa heç kim mənimlə maraqlanmayıb”.

Qeyd edək ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkən tanınmış mütəxəssisin ayağı bir neçə ay əvvəl amputasiya edilib.

CAHİD

Bənzər xəbərlər