AFFA I Liqa oyununu araşdırır
AFFA rəhbərliyi Azərbaycan I Liqasının XII turu çərçivəsində keçirilən “Səbail” – “Şimal” (3:4) oyunu ilə bağlı araşdırmalara başlayır.
Msport.az xəbər verir ki, paytaxt təmsilçisinin autsayderə məğlubiyyəti şübhə doğurub.
Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, “Səbail” 4 qolu cəmi 17 dəqiqə ərzində buraxıb.
Məsələ AFFA-nın müvafiq qurumları tərəfindən nəzarətə götürülüb və oyunun detalları araşdırılacaq. azerisport.com







